Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
Far.Az xəbər saytı

Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək


Noyabrın 25-də saat 10:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfa Dövlət Aqrar İnkişaf Mərkəzində Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinə (050-770-85-85) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər