Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
Far.Az xəbər saytı

Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub


Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi mayın 15-də başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Xankəndi şəhərinə səfər edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub.

Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.

Nümayəndə heyəti şəhərin görməli məkanlarından biri olan Zəfər parkını da ziyarət edib. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib.

Sonra nümayəndə heyəti Qarabağ Universiteti, orda yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana, laboratoriyalarla tanış olublar.

Universitetin rektoru Şahin Bayramov ilə keçirilən görüş zamanı qonaqlar, ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və regionda yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alıblar.

Görüşdə Qarabağ bölgəsində həyata keçirilən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Xankəndidə Zəfər atəşfəşanlığı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər