Məhəmməd Salah zədəsini sağaldaraq "Liverpul"un heyətinə qayıdıb
Far.Az xəbər saytı

Məhəmməd Salah zədəsini sağaldaraq "Liverpul"un heyətinə qayıdıb


İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah zədəsini sağaldaraq yenidən yaşıl meydanlara dönüb.

"Report" Liverpul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot sabah baş tutacaq "Aston Villa" ilə matçdan əvvəl mətbuat konfransında bildirib.

Əzələ zədəsi səbəbindən son iki oyunu qaçıran misirli futbolçu növbəti - "Aston Villa"ya qarşı keçiriləcək matçda komandasına kömək edə bilər. Mütəxəssis İbrahima Konatenin də zədəsini sağaldaraq məşqlərə qoşulduğunu, Alisson Beker və Florian Virtsin durumunun isə tibbi müayinədən sonra bəlli olacağını söyləyib.

Qeyd edək ki, "Liverpul" hazırda 59 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9
Arne Slot: "Qarabağ"ın heyətində qol vurmağı bacaran sürətli futbolçular var"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər