Sadır Japarov: Süni intellekt Türk dünyasının inkişafının əsas istiqamətlərindən birinə çevrilir
Far.Az xəbər saytı

Sadır Japarov: Süni intellekt Türk dünyasının inkişafının əsas istiqamətlərindən birinə çevrilir


Türk Dövlətləri Təşkilatı (TDT) öz geoiqtisadi və texnoloji məkanını formalaşdırmaq üçün yaxşı imkanlara malikdir.

"Far.Az"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitində bildirib.

"Mən bugünkü iclasa və onun yekun nəticələrinə səmimi-qəlbdən şadam. TDT üçün Türküstan xüsusi dəyərə və potensiala malikdir. Dostluğumuzun və əməkdaşlığımızın möhkəmlənməsi gücümüzü əyani şəkildə nümayiş etdirir", - Japarov deyib.

O qeyd edib ki, indiki sammitin mövzusu – süni intellekt və rəqəmsal texnologiyalar – müasir dünyanın nə qədər sürətlə dəyişdiyini göstərir. "Rəqəmsal transformasiya və süni intellekt iqtisadiyyata, təhsilə, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə təsir göstərir", - Japarov bildirib.

Onun sözlərinə görə, bu gün dünyada texnoloji resurslar və süni intellekt sahəsində liderlik uğrunda rəqabət güclənir.

"Bu şəraitdə TDT öz geoiqtisadi və texnoloji məkanını formalaşdırmaq üçün yaxşı imkanlara malikdir", - o deyib.

Japarovun sözlərinə görə, süni intellektin və rəqəmsal texnologiyaların inkişafı türk dünyasının inkişafının əsas istiqamətlərindən birinə çevrilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər