Bakı, Gəncə və Zərdabda ağaclar MƏHV EDİLDİ
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Far.Az quruma istinadən xəbər verir ki, araşdırmalar zamanı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Binəqədi rayonunun Azadlıq prospekti, 155 ünvanında, Binəqədi qəsəbəsində, Nizami rayonunun Məmməd Səid Ordubadi və Şirin Mirzəyev küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhərinin Nizami küçəsində və Zərdab rayonunun Qoşaoba kəndi ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Məlumata görə, qanunsuz ağackəsmə nəticəsində yaşıllıqlara ümumilikdə 123 min 720 manat məbləğində ziyan dəyib.
Bildirilib ki, hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar - ARAŞDIRMA
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













