"Eşref Rüya" üçün final qərarı verildi
Far.Az xəbər saytı

"Eşref Rüya" üçün final qərarı verildi


"Kanal D" ekranlarında yayımlanan və baş rollarında Çağatay Ulusoy ilə Demet Özdemirin yer aldığı "Eşref Rüya" serialı yaxın zamanda tamaşaçılarla vidalaşacaq.

Far.Az xəbər verir ki, layihənin istehsalçısı olan TİMS&B Productions tərəfindən yayılan açıqlamada serialın daha 3 bölüm davam edəcəyi, ardından isə final edəcəyi bildirilib.

Şirkət layihədə çalışan yaradıcı heyətə və serialı izləyən tamaşaçılara təşəkkür edib.

Sosial mediada yayılan iddialara əsasən, ssenaridə son dönəmdə edilən dəyişikliklər izləyici marağının azalmasına səbəb olub.

Bildirilir ki, reytinqlərdə müşahidə olunan geriləmə ekran işinin planlaşdırıldığından daha tez başa çatdırılması qərarını sürətləndirib.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
"Eşref Rüya"nın aktyorları gənc həmkarlarının yas mərasiminə qatılmadı
İnstaqram-da ən çox izləyiciləri olan azərbaycanlı məşhurlar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər