"Ayaks" Ter Ştegeni "Barselona"dan transfer etmək istəyir
Niderlandın "Ayaks" klubu "Barselona"ya (İspaniya) məxsus olan qapıçı Mark-Andre ter Ştegeni transfer etmək niyyətindədir.
"Far.Az" "Voetbal International"a istinadən xəbər verir ki, 34 yaşlı almaniyalı qolkiper yanvar ayından icarə əsasında "Jirona"da çıxış edir.
Amsterdam təmsilçisi "Barselona"nın icarə əsasında "Elçe"də oynayan digər qapıçısı İnyaki Penyanı da yaxından izləyir.
Xatırladaq ki, Ter Ştegen yanvar ayından bəri dizaltı vətər zədəsindən bərpa olunmaqla məşğuldur. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 4 milyon avro qiymətləndirir.
İ.Penyanın klubla müqaviləsinin müddəti isə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. 27 yaşlı ispan qapıçının dəyəri sözügedən portal tərəfindən 5 milyon avro olaraq göstərilir.
Oxşar xəbərlər
Mark-Andre ter Şteqen "Barselona"dakı gələcəyi ilə bağlı qərar verib
"Qadın Dəstək Xətti"nin ispan dilli təlimatının təqdimatı keçirildi
"Barselona"nın qapıçısı İspaniyanın başqa komandasına keçməyə yaxındır
İspaniya klubu Ter Şteqeni icarəyə götürdüyünü açıqlayıb
Mark-Andre ter Şteqen "Barselona"nın Səudiyyə Ərəbistanındakı təlim-məşq toplanışını tərk edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













