Yağıntılı hava şəraiti davam edir, Şuşa və Laçına dolu düşüb - YENİLƏNİB
Far.Az xəbər saytı

Yağıntılı hava şəraiti davam edir, Şuşa və Laçına dolu düşüb - YENİLƏNİB


Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 16-sı saat 15:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, Şahdağda isə arabir qar yağması müşahidə olunur. Belə ki, Zaqatala, Qax (Sarıbaş), Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusar (Laza), Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlıda arabir şimşək çaxır, yağış yağır.

Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.

Müxbir: Sevil Seymur

Ölkə ərazisinin əksər rayonlarında arabir yağış yağır, şimşək çaxır. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, saat 12:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, Ağstafa, Goranboy, Balakən, Qax, Zaqatala, Şəki, Quba, Qusar, Şahdağ, Sabirabad, Biləsuvar, Cəlilabad, Naftalan, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Mingəçevir və Daşkəsəndə 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18, Gədəbəydə 16 m/s-yə çatır.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər