Naxçıvanda imtahandan 300 bal toplayan abituriyentin nəticəsi niyə siyahıdan kənarda qaldı?
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov buraxılış imtahanında maksimal nəticə - 300 bal toplasa da, adının rəsmi nəticələr siyahısında yer almadığı iddia edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Məlumata görə, Naxçıvan üzrə cəmi iki nəfərin topladığı bu yüksək nəticə texniki səbəbə görə etibarlı hesab edilməyib.
Səbəb isə abituriyentin xarici dil seçimi ilə bağlı olub.
Bildirilib ki, məktəbdə əsas xarici dil kimi rus dili tədris olunsa da, Əhməd Hüseynov imtahanda ingilis dilini seçib. Abituriyent bunu rus dilində özünü zəif hiss etməsi ilə izah edib.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Əhməd Hüseynov Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib:
"Buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunun əsas xarici dil nəzərdə tutulur. Əhməd Hüseynov buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.
Əhməd Hüseynov ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq".
Oxşar xəbərlər
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













