Bolqarıstan "Avroviziya - 2026"nın qalibi olub
Bolqarıstan təmsilçisi Dara Avstriyada keçirilən "Avroviziya - 2026"da "Bangaranga" rəqs mahnısı ilə qalib gəlib.
"Report" xəbər verir ki, beynəlxalq mahnı müsabiqəsində ikinci yeri İsrail təmsilçisi Noam Bettan "Michelle" balladası ilə tutub.
70 yaşlı beynəlxalq mahnı müsabiqəsinin finalı 10 000 tamaşaçının toplaşdığı "Wiener Stadthalle" konsert zalında keçirilib. Müsabiqəyə pop müğənnisi Viktoriya Svarovski və aktyor Mixael Ostrovski aparıcılıq ediblər.
Avstriya müsabiqəyə üçüncü dəfə ev sahibliyi edib; bu ölkədə 1967 və 2015-ci illərdə də mahnı müsabiqəsi keçirilib. Avstriya 2026-cı ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququnu müğənni JJ-nin 2025-ci ildə "Wasted Love" mahnısı ilə qələbəsindən sonra əldə edib.
Müsabiqə 2026-cı ildə son 20 ildə ən az iştirakçı sayına görə rekord qırıb. 2016-cı ildə "Avroviziya"ya 42 ölkə, 2026-cı ildə isə 35 ölkə qatılıb. İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya müsabiqəyə qatılmayıblar. Bu ölkələr İsrailin Qəzza sakinlərinə qarşı hərəkətlərinə etiraz olaraq onun "Avroviziya - 2026"da iştirakı səbəbindən müsabiqəni tərk ediblər.
Avropa Yayım Birliyi Ukraynaya qarşı münaqişə səbəbindən Rusiyanı 2022-ci ildən etibarən "Avroviziya"dan uzaqlaşdırıb.
Oxşar xəbərlər
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
Eldar Qasımov Bolqarıstanın "Eurovision-2026" milli seçim finalının ulduz qonağı oldu
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Viktoriya Bekhemin 35 milyon dollarlıq 15 NİŞAN ÜZÜYÜ - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib













