Fransa süni intellektdən fəal istifadə edilən filmlərə dəstəyi azaldacaq
Far.Az xəbər saytı

Fransa süni intellektdən fəal istifadə edilən filmlərə dəstəyi azaldacaq


Fransa filmlərin və onların tərcümələrinin yaradılmasında süni intellektdən (Sİ) həddindən artıq istifadə olunmasına qarşı çıxır.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Katrin Peqar 79-cu Kann kinofestivalı çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Milli Kino və Animasiya Mərkəzi (CNC) insan yaradıcılığının üstünlüyü prinsipini əsas götürərək dövlət dəstəyinin göstərilməsi qaydalarını dəyişəcək.

K.Peqar qeyd edib ki, süni intellekt bir vasitə kimi istifadə oluna bilər, lakin o, əsərin müəllifini əvəz etməməlidir. Dublyaj dəstəyi yalnız insanların iştirakı ilə yaradılmış layihələrə şamil olunacaq.

O, həmçinin bildirib ki, Fransa mədəniyyət sahəsində Sİ-dən istifadənin tənzimlənməsi üzrə beynəlxalq normaların hazırlanması təşəbbüsünü YUNESKO səviyyəsində təşviq edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
YUNESKO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib
Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər