Azərbaycan və Kamboca postmünaqişə bərpasında oxşar yanaşmaları müzakirə ediblər - EKSKLÜZİV
Far.Az xəbər saytı

Azərbaycan və Kamboca postmünaqişə bərpasında oxşar yanaşmaları müzakirə ediblər - EKSKLÜZİV


Azərbaycan və Kamboca postmünaqişə bərpası və şəhərlərin inkişafı məsələlərinin həllində oxşar yanaşmalardan çıxış edirlər.

Bu barədə Kambocanın torpaq idarəetməsi naziri Samal Say Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində bildirib.

Öz ölkəsinin təcrübəsini nümunə gətirən nazir qeyd edib ki, şəhərlərin bərpası son dərəcə mürəkkəb prosesdir.

"Şəhəri sadəcə olaraq özbaşına inkişaf etməyə buraxmaq olmaz. Bütün Kamboca boyu şəhərlərin dəqiq məkan planlaşdırılması mövcuddur", - S.Say bildirib.

Onun sözlərinə görə, "qırmızı kxmerlər" dövrünün müharibələri və soyqırımından sonra evsiz qalmış məcburi köçkünlər üçün Kamboca hökuməti torpaq və yaşayış yeri ayırırdı: "Hökumətin bu məsələdə güzəştli siyasəti var idi".

S.Say həmçinin qeyd edib ki, Kamboca hakimiyyəti əhalinin təhsilinə, səhiyyəsinə və maliyyə rifahına sərmayə yatırıb.

Bakıya səfərindən danışan S.Say Azərbaycana ilk dəfə səfər etmədiyini vurğulayıb: "Mən Bakıda dəfələrlə olmuşam, bu şəhər mənim çox xoşuma gəlir".

O əlavə edib ki, səfər etdiyi illər ərzində şəhər mühitində və urbanistikaya dair yanaşmalarda əhəmiyyətli dəyişikliklər müşahidə edib: "Şəhər çox dəyişib, şəhər planlaşdırılması da dəyişib".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər