"Neftçi" cari mövsüm Premyer Liqada avrokuboka vəsiqə qazanan sonuncu komanda olub
Far.Az xəbər saytı

"Neftçi" cari mövsüm Premyer Liqada avrokuboka vəsiqə qazanan sonuncu komanda olub


"Neftçi" cari mövsüm Misli Premyer Liqasında avrokuboka vəsiqə qazanan sonuncu komanda olub.

"Report" xəbər verir ki, "ağ-qaralar" buna XXXII turda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra nail olublar.

"Bank Respublika Arena"da son Azərbaycan çempionunun qonağı olan "flaqman"ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. "Bayquşlar"ın qolunu isə Aleksey İsayev (3) vurub.

"Sabah" qarşılaşmanı 10 nəfərlə başa vurub. Komandanın heyətində Coy-Lens Mikels 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bununla da sona 1 tur qalmış xallarının sayını 56-ya çatdıran "Neftçi" UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.

Ölkə çempionluğunu əvvəlki turlardan rəsmiləşdirən "Sabah" isə 75 xala malikdir.

Bu matçla eyni vaxtda başlayan "Zirə" - "Sumqayıt" qarşılaşmasında birincilər qələbə qazanıb - 2:1.

Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda ev sahiblərindən Ruan Renato (19-pen, 90+8-pen), qonaqlardan isə Aleksandr Ramalinqom (45) diqqət mərkəzinə düşüb.

53 xalı olan "Zirə"nin mövsümü beşinci bitirəcəyi dəqiqləşib. "Sumqayıt" isə 41 xalla yeddinci yerdədir.

Xatırladaq ki, turun daha əvvəl keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər