Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, "Range Rover" və "BMW 740İ" markalı avtomobillər üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.
İcra məmuru əmlakı 25 faiz endirimlə dördüncü dəfə hərraca çıxaracaq.
Əvvəl 56 min manata təklif edilən "Range Rover"in qiyməti 14 min ucuzlaşaraq 42 minə, 23 minə təklif edilən "BMW" isə 5750 manat aşağı - 17250 manata düşüb.
V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız biri - "Bentley Continental GT"ya alıcı tapılıb. 65 min manata təklif edilən "Bentley" üçüncü hərracda 6 min 500 endirimlə - 58 min 500 manata satılıb.
Qeyd edək ki, "Range Rover"i (həmin vaxt qiyməti 100 min manatdan çox idi-red) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, "BMW"ni həyat yoldaşı Cülyetta İbrahimova sürürdü.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
-
Brüsseldə ənənəvi beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib
-
EBRD-in Müdirlər Şurasının sessiyasında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasından danışılıb
-
Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
-
Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib













