Mikayıl Cabbarov: "Dövlət satınalmalarının yerli istehsala yönəldilməsi üzrə iş aparılır"
Azərbaycanda dövlət satınalmalarının yerli istehsala yönəldilməsi istiqamətində işlər aparılır.
"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövlət hər il əhəmiyyətli həcmdə mal və xidmət satın alır, bu alışların bir hissəsi idxal hesabına təmin olunur: "Yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satın almalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Əczaçılıq və rəqəmsal həllər bu sahəyə əyani misaldır. Bu sahələr üzrə alışlar yerli istehsalçılar üçün sabit bazar formalaşdırmağa başlayıb. Dövlət sifarişlərinin mövcud yerli istehsala yönəldilməsi və perspektivdə iri dövlət satın almalarının müəyyən hissəsinin ölkə daxilində istehsalının lokalizasiyası mexanizmi üzrə işlər gedir".
Bundan başqa, nazir deyib ki, Azərbaycanda ixracyönümlü sənaye sahələrinin inkişafı prioritet olacaq: "Daxili bazarın həcmi nəzərə alınmaqla ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifədir: İxrac subsidiyaları və digər dəstək alətləri vasitəsilə artıq fəal təşviq edilir. Yeni resurslara əsaslanan sənaye sahələri (metallurgiya, kimya, əczaçılıq, qida emalı, pambıq emalı və toxuculuq) prioritet təşkil edir. Təsadüfi deyil ki, 2026-cı ildə qəbul edilən üç dövlət proqramında da (kənd təsərrüfatı, turizm, dağ-mədən və metallurgiya sahələri) bu istiqamətlərin bir çoxu əhatə edilir".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb













