Qaxda fındıq yığımı başa çatıb, məhsuldarlıq aşağı olub
Qax rayonunun əksər kəndlərində təsərrüfatın böyük bir hissəsini fındıqçılıq təşkil edir ki, bu sahə də kənd əhalisinin əsas məşğuliyyət sahəsi və gəlir mənbəyi hesab olunur.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonda bir ay davam edən fındıq yığımı artıq başa çatıb.
Güclü yağışlar və dolu səbəbindən fındıq bağlarında məhsuldarlıq xeyli aşağı düşüb. Orta hesabla 200 fındıq kolu olan kəndli ötən il həmin sahədən 2 ton məhsul götürürdüsə, bu il rəqəm 800 kq-1 ton arası olub.
Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, təsərrüfat sahələrinin 10 186 hektarını fındıq bağları təşkil edir. Məhsuldarlıq hər fındıq kolu üçün 8,5 kq təşkil edib.
Qeyd edək ki, bağlardan yığılan fındıq kənd ərazisində səyyar şəkildə fəaliyyət göstərən fındıq təmizləyən maşınlar vasitəsi ilə təmizlənir. Bundan başqa, rayon ərazisində fındıq zavodları da fəaliyyət göstərir. Hazırda fındığın 1 kiloqramını qiyməti 4-4,50 AZN təşkil edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













