Olimpiya çempionu Elnur Məmmədli: “Seçkilərdə iştirak edərək, Azərbaycanın inkişafı üçün səs verəcəyəm”
“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri bizim üçün xüsusi bir əhəmiyyət kəsb edir. Azərbaycan xalqı olaraq ilk dəfədir ki, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdikdən sonra parlament seçkilərinə qatılırıq”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Olimpiya çempionu Elnur Məmmədli deyib. O bildirib ki, bu, sadəcə seçki deyil, eyni zamanda Azərbaycanın gücünün təsdiqi olan bir tarixi andır:
“Biz bu seçkilərlə dünyaya nümayiş etdirəcəyik ki, Azərbaycan xalqı öz taleyini özü müəyyən edən, qətiyyətli və müstəqil bir xalqdır”.
Olimpiya çempionu əlavə edib ki, bu seçkilər gələcəyimizə olan inamımızı təsdiqləmək, xalqımızın rifahını artırmaq və ölkəmizin daha da güclənməsini təmin etmək üçün vacibdir:
“İdmançı olaraq mən hər zaman Vətənimə sadiq olmuşam və ölkəmizi beynəlxalq arenalarda fəxrlə təmsil etmişəm. İndi isə Azərbaycanın hər bir vətəndaşı kimi, bu seçkilərdə iştirak edərək, Azərbaycanın daha da inkişafı üçün səsimi verəcəyəm. Bu seçkilərin ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıdığına əminəm və bütün həmvətənlərimizi seçkilərdə fəal iştirak etməyə çağırıram”.
BAKU.WSOxşar xəbərlər
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
-
"CBS News": Çin qabaqcıl radiolokasiya komplekslərinin İrana verilməsi imkanını öyrənib













