Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib
Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir WUF13-ün yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycanı təbrik edib:
"Burada müxtəlif ölkələrin pavilyonlarını gəzdim və məmnun qaldım. Birləşmiş Ərəb Əmirlikləri ilə şəhərsalma sahəsində bir sıra danışıqlar apardıq və görüşlər faydalı keçdi. WUF13-də atılacaq addımları da COP31 çərçivəsində bir daha müzakirə edəcəyik".
M.Kurum həmçinin diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlər sürətlə inkişaf etməkdə və möhkəmlənməkdədir:
"Türkiyə və Azərbaycan liderlərinin siyasi baxımdan aldığı qərarlar hər iki ölkəni inkişafa aparır. Güclərimizi daha da artırmağı hədəfləmişik".
Oxşar xəbərlər
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib
-
Neftin qiyməti yenidən 110 dolları ötüb













