Hikmət Hacıyev: Əsas prioritetlərdən biri insanların azad olunan ərazilərə təhlükəsiz çıxışının təmin edilməsidir
Azərbaycan üçün əsas məsələ dövlət qurumları arasında koordinasiya, təşkilatlanma və idarəetmə sisteminin vahid şəkildə qurulmasıdır.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, Azərbaycanın öz modelinin də tətbiqi vacibdir:
"Azərbaycanın vəziyyətində əsas üstünlük vahid idarəetmə və mərkəzləşdirilmiş koordinasiya sistemidir. Bu prosesin strateji səviyyədə idarə olunması və dövlət qurumlarına müvafiq tapşırıqların verilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilir".
H. Hacıyev qeyd edib ki, hazırda əsas prioritetlərdən biri infrastrukturun qurulması və işğaldan azad olunan ərazilərə təhlükəsiz çıxışın təmin edilməsidir:
"Bununla paralel olaraq genişmiqyaslı mina təmizləmə əməliyyatları aparılır. Çünki 2020-ci ildən bu günə azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib. İnsanların valideynlərinin və yaxınlarının dəfn olunduğu məzarlıqlara gedən yollar da mina təhlükəsi altındadır. Buna görə də həmin ərazilərin təmizlənməsi və təhlükəsiz keçidlərin təmin edilməsi olduqca vacibdir".
Prezident köməkçisi qeyd edib ki, mina probleminə baxmayaraq, minlərlə Azərbaycan vətəndaşının Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdışı təmin olunub. Hazırda bu ərazilərdə insanlar yaşayır, işləyir, təhsil alır və fəaliyyət göstərirlər".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var













