Hikmət Hacıyev Anaklaudia Rossbaxa təşəkkür etdi
"Düşünürəm ki, Dünya Şəhər Forumu bizim üçün çox mənasız olardı əgər biz QHT icmasının Dünya Şəhər Forumu çərçivəsində görüşünü təşkil edə bilməsəydik".
Far.Az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində təşkil olunan "WUF13 QHT Forumu: qlobal tərəfdaşlıq və qərarqəbuletmə" mövzusunda keçirilən sessiyada Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, QHT icmasının Dünya Şəhər Forumu çərçivəsində görüşünün təşkil edilməsində göstərdiyi dəstəyə görə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxa təşəkkür edib:
"Sizin baxışınız, rəhbərliyiniz və töhfələriniz bizim üçün son dərəcə faydalı və dəyərlidir. Buna görə də xanım Rosbaxa da minnətdarıq. O və bütün komandası bu təşəbbüsü dəstəklədilər. Bu dəstək BMT ailəsinin QHT-lərlə qarşılıqlı fəaliyyət və əməkdaşlıq sahəsində ən yaxşı təcrübələrinə əsaslanırdı. Bütün bunlar olmadan biz bunu həyata keçirə bilməzdik. Həm bu QHT forumu, həm də daha geniş mənada Dünya Şəhər Forumu tərəfdaşlığı və əməkdaşlığı əhatə edir. "UN-Habitat"dakı dostlarımız və xanım Rosbaxın rəhbərliyi ilə düşünürəm ki, biz uğurlu bir Dünya Şəhər Forumunun keçirilməsi prosesindəyik".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib













