Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılıb
Eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədinin əldə edilməsi məqsədi ilə sənəd qəbuluna başlanılıb.
Bu barədə "Far.Az"a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, sənəd qəbulu prosesi dekabrın 18-dək müvafiq təhsili yerli idarəetmə bölməsinə ünvanlanlanmış ərizə, doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, fotoşəkil, yaşayış yerindən arayış, əvvəllər təhsil aldığı müəssisədən əldə etdiyi təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti, hərbi biletin surəti, həmçinin tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın notariat qaydasında təsdiq olunmuş surətinin təqdim edilməsi ilə həyata keçirilir.
Qeyd edək ki, ekternat təhsil üzrə keçiriləcək imtahanlarda yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmayan namizədlər iştirak edə bilərlər. Eksternat təhsilalma formasının tətbiqində məqsəd müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaqdır.
Oxşar xəbərlər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













