Gülşən Rzayeva: "Bakıdakı WUF13 əvvəlki forumların rekordunu qırıb"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) ötən gün iştirak edən özəl sektorun nümayəndələrinin sayına görə daha əvvəlki WUF-ların rekordunu qırıb.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.
Onun sözlərinə görə, ötən gün WUF13-da iştirak edənlərin 11 %-dən çoxu özəl sektorun nümayəndələri olub: "Özəl sektor istənilən şəhərdə həqiqətən çox vacib bir oyunçudur. Dünənki statistika göstərib ki, ümumi iştirakçıların - onlayn qeydiyyatdan keçənlər deyil, fiziki olaraq iştirak edənlərin 11 %-dən çoxu özəl sektorun nümayəndələridir. Bu, çox yaxşı bir rəqəm və əla göstəricidir. Biz əvvəlki WUF-ların rekordunu qırdıq. Əgər milli hökumətlərin təmsilçiliyi 16 %-dirsə, ardınca bütün universitetlərin tədqiqatlarını gətirən akademiya gəlir və onlardan sonra 11 % həqiqətən böyük rəqəmdir".
O bildirib ki, şəhərlərin necə planlaşdırılması olduqca mühüm məsələdir: "Buna görə də şəhərsalma, şəhərlərin necə layihələndirilməsi və formalaşdırılması bizim üçün çox vacibdir. Şəhərin necə layihələndirilməsi və planlaşdırılması birbaşa insanların qavrayışına və onların həyat keyfiyyətinin yüksək, ya da azı yaxşı səviyyədə olmasına təsir edir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib













