Dünya Bankının nümayəndəsi: "Qara Afrikada şəhər əhalisinin sayı 1.7 milyarda çatacaq"
Far.Az xəbər saytı

Dünya Bankının nümayəndəsi: "Qara Afrikada şəhər əhalisinin sayı 1.7 milyarda çatacaq"


Qara Afrikada (Afrika qitəsinin Sahara səhrasının (Böyük Səhra) cənubunda yerləşən hissəsinə verilən ad, Saharanın cənubundakı coğrafi region - red.) urbanizasiya ən sürətli templə baş verir.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) şəhər iqtisadiyyatı üzrə aparıcı mütəxəssisi Mark Roberts WUF13 çərçivəsində keçirilən "Davamlı şəhər inkişafı üçün coğrafi məkan analitikası: Yaşayış sektorunun iqtisadi potensialının açılması" adlı tədbirdə danışıb.

"Növbəti 25 il ərzində burada şəhər əhalisinin sayı 742 milyon nəfər artacaq, şəhər əhalisinin ümumi sayı isə 1.7 milyarda çatacaq. Buna görə də əsas məsələ şəhər əhalisinin bu sürətli artımının davamlı və iqtisadi cəhətdən səmərəli şəhər artımına çevrilməsini təmin etməkdir", - deyə o əlavə edib.

DB nümayəndəsinin sözlərinə görə, bu məsələnin bir çox aspektləri var.

"Onlardan biri məhsuldarlıq, eləcə də müvafiq olaraq iqtisadi artım baxımından urbanizasiyanın potensial faydalarını sarsıdan xaotik və parçalanmış urbanizasiya modellərindən qaçınmaq zərurətidir", - deyə Mark Roberts qeyd edib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər