Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçiriləcək.
"Far.Az"un məlumatına görə, tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunacaq.
Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.
Özbəkistandan gələn qonaqlar Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı təhsil və elmi mühitlə tanış olacaqlar.
Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, elm-təhsil, ictimai-siyasi xadimlər, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Sərgidə, həmçinin, iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.
Tədbir mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. İkinci sərgi isə bu ilin yanvar ayında keçirilib.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib













