Yekaterina Bezqaçina: WUF13 ilk üç gündə 30 min iştirakçını bir araya gətirib
Far.Az xəbər saytı

Yekaterina Bezqaçina: WUF13 ilk üç gündə 30 min iştirakçını bir araya gətirib


WUF13 ilk üç gündə 174 ölkədən 30 000-ə yaxın iştirakçını (əyani və onlayn formatda) bir araya gətirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu UN-Habitat-ın kommunikasiyalar şöbəsinin rəhbəri Yekaterina Bezqaçina Bakıda WUF13 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qeydə alınan iştirakçı sayı bu forumu BMT-nin dayanıqlı şəhər inkişafı sahəsində indiyədək təşkil etdiyi ən böyük tədbirə çevirir və onun şəhərsalma üzrə aparıcı qlobal platforma statusunu təsdiqləyir.

Bezqaçina qeyd edib ki, forumun üçüncü günündə güclənən qlobal mənzil böhranı əsas müzakirə mövzusu olub. Proqram çərçivəsində mənzil təminatının iqtisadi və sosial roluna həsr olunmuş yüksək səviyyəli dialoqlar aparılıb.

"UN-Habitat 2026-cı il üçün Dünya Şəhərləri Hesabatını təqdim edib, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (UN Sustainable Development Solutions Network) ilə birlikdə şəhərlərin gələcəyi məsələləri üzrə tərəfdaşlığın başladılmasını elan edib", - Bezqaçina deyib.

Onun sözlərinə görə, təşəbbüsün razılaşdırılması yekun mərhələdədir və iki ildən sonra növbəti foruma qədər bu işin nəticələrinə əsaslanan yeni hesabat təqdim olunacaq.

UN-Habitat rəsmisi vurğulayıb ki, tərəfdaşlıq inklüziv, davamlı və həyat qabiliyyətli şəhər inkişafının irəli aparılmasına yönəlmiş çoxtərəfli platformadır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər