Leyla Əliyeva: IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir
Far.Az xəbər saytı

Leyla Əliyeva: IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir


IDEA İctimai Birliyi milyonlarla ağacın əkilməsi, uşaqlar üçün təhsil proqramları, mastr-klassların keçirilməsi, su və havanın çirklənməsi problemləri barədə məlumatlılığın artırılması, sənədli filmlərin və sərgilərin yaradılması da daxil olmaqla bir çox təşəbbüslər həyata keçirib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yeni şəhər gündəliyinə həyat vermək: dayanıqlı şəhərlər üçün havanın keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" adlı tədbirin iştirakçılarına müraciətində bildirilib.

Onun sözlərinə görə, təşkilat şəhərləri insanlar və təbiət üçün daha komfort hala gətirməklə şəhər mühitinin yaxşılaşdırılması üzərində işləyir:

"IDEA həyətləri bütün nəsillərdən olan insanlar üçün daha yaşıl və əlçatan ictimai məkanlara çevirir, onları təmiz havada daha çox vaxt keçirməyə və təmiz hava ilə nəfəs almağa təşviq edir. Daha dayanıqlı məhəllələrin formalaşdırılması üçün yaşayış ərazilərində yaşıl divarlar qurulur. Təşkilat velosipedlərdən istifadəni həvəsləndirərək dayanıqlı nəqliyyatı fəal şəkildə təbliğ edir. Həmçinin sahillərin təmizlənməsi və təkrar emal üçün plastik tullantıların toplanması üzrə kampaniyalar keçirilir", - L.Əliyevanın müraciətində bildirilib.

O, həmçinin qeyd edib ki, IDEA 120 tondan çox tullantı toplayıb: "Bu və digər səylər sayəsində IDEA daha sağlam və "yaşıl gələcək" yaratmağa, eləcə də gənc nəsildə ekoloji məsuliyyətin möhkəm əsasını formalaşdırmağa çalışır".

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər