Hacıyev: Minalar azad olunmuş ərazilərdə bərpa prosesini çətinləşdirir
Far.Az xəbər saytı

Hacıyev: Minalar azad olunmuş ərazilərdə bərpa prosesini çətinləşdirir


Azərbaycanın azad edilmiş ərazilərində mina təhlükəsi səbəbindən bərpa işlərinin templəri üçün ciddi məhdudiyyətlər qalmaqdadır.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən WUF13 çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ərazilərin əhəmiyyətli hissəsi minalanmış vəziyyətdə qalır ki, bu da tikinti və infrastruktur layihələrinin icrasına birbaşa təsir göstərir: "Buna görə bəzi tikinti işləri daha yavaş gedir".

V.Hacıyev qeyd edib ki, minalardan təmizləmə azad olunmuş ərazilərin bərpası prosesinin əsas istiqamətlərindən biridir.

O əlavə edib ki, minalardan təmizləmə işləri dövlət və özəl qurumlar tərəfindən aparılır.

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər