Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif edilib
Far.Az xəbər saytı

Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif edilib


Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılmalması təklif olunur.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini Elmir Poladov "Avropa İttifaqı – Azərbaycan Biznes Forumu 2026" tədbirində bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin enməsinin davam edəcəyi proqnozlaşdırılır: "Bildiyiniz kimi, Xəzərin səviyyəsi əsasən Volqa çayından gələn suyun həcmindən asılıdır. Hazırda isə Volqa çayı vasitəsilə Xəzərə daxil olan suyun həcmi azalır. Buna görə də limanlarda yalnız dibdərinləşdirmə işlərinin aparılması kifayət deyil, daha genişmiqyaslı tədbirlər görülməlidir. Hər il bir neçə metr, hətta 5 metr dərinlikdə qazıntı işləri aparmaq mümkündür. Lakin növbəti il suyun səviyyəsi yenidən aşağı düşərsə, bu işləri təkrar görmək lazım gələcək".

E. Poladov qeyd edib ki, Türkmənistan Orta Dəhliz üçün böyük imkanlar və eyni zamanda ciddi çağırışlar yaradır: "Əgər Türkmənistan Orta Dəhlizlə daşımaların inkişafına həqiqətən töhfə vermək istəsə və bu istiqamətdə fəal addımlar atsa, ölkənin böyük potensialı və yaxşı infrastrukturu var. Türkmənbaşı limanı kifayət qədər böyükdür və yaxşı infrastruktura malikdir. Bununla belə, Türkmənistanın ekspeditorları ilə işləmək müəyyən çətinliklər yarada bilər. Onların xarici şirkətlər və agentlərlə əməkdaşlıq sahəsində təcrübəsi o qədər də geniş deyil. Bununla belə, artıq bu istiqamətdə layihələrin mövcud olduğunu görmüşəm. Ümid edirəm ki, Türkmənbaşı vasitəsilə Çindən Azərbaycana konteyner yüklərinin daşınmasına başlanılacaq".

O bildirib ki, bunun üçün ilk növbədə Türkmənbaşı limanında konteyner terminalı tikilməlidir: "İkinci vacib addım isə Türkmənbaşı ilə Ələt limanı arasında fider daşımalarını həyata keçirəcək müntəzəm gəmiçilik xəttinin yaradılmasıdır".

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər