Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR
Far.Az xəbər saytı

Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR


Ev tikmək bir çoxlarına sadə proses kimi görünsə də, hüquqi prosedurlara əməl olunmadan aparılan tikinti sonradan vətəndaşlar üçün ciddi problemlərə səbəb ola bilər.

Far.Az-in məlumatına görə, fərdi yaşayış evi tikmək üçün ilk növbədə torpaq sahəsinin hüquqi statusu düzgün olmalıdır.

Torpaq mütləq yaşayış təyinatlı olmalı, eyni zamanda vətəndaşın mülkiyyətində, istifadəsində və ya icarəsində yerləşməlidir. Kənd təsərrüfatı və ya başqa təyinatlı torpaqlarda inşa edilən evlər qanunsuz hesab olunur.

Qeyd edək ki, ev tikintisindən əvvəl lisenziyalı memar və ya ixtisaslaşmış təşkilat tərəfindən eskiz və memarlıq-planlaşdırma layihəsi hazırlanmalı, daha sonra həmin layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron portalına təqdim edilməlidir. Qurum layihəyə baxdıqdan sonra tikintinin normativlərə uyğun olub-olmaması ilə bağlı vətəndaşa rəsmi cavab verir.

Mütəxəssislər qeyd edir ki, bu prosedurlar yerinə yetirilmədikdə vətəndaş sonradan tikilini nə sata, nə bağışlaya, nə də girov qoya bilir. Bundan əlavə, qanunsuz tikililərə görə müxtəlif məbləğlərdə cərimələr tətbiq olunur və belə evlərin kommunal xidmətlərə qoşulması da çətinləşir.

Qeyd olunur ki, bəzi hallarda vətəndaşlar əvvəlcə tikintiyə başlayır, daha sonra isə müxtəlif yollarla icazə almağa çalışırlar. Bu isə nəticədə çıxarışın alınması və tikilinin dövlət qeydiyyatına salınması zamanı ciddi maneələr yaradır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 1 oktyabr 2023-cü il tarixli qərarına əsasən, qanunvericiliyin tələblərinə uyğun inşa edilməyən fərdi yaşayış evlərinin kommunal infrastruktura çıxışı məhdudlaşdırılıb. Ev tikərkən hüquqi prosedurlara əməl etməmək qısa müddətdə vaxt və xərcə qənaət kimi görünsə də, uzun müddətdə daha böyük maliyyə itkisinə və ciddi hüquqi problemlərə səbəb olur.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər