Xecazi: Qarabağ Davamlı İnkişaf Məqsədləri nəzərə alınmaqla bərpa nümunəsinə çevrilə bilər
Qarabağ BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) də nəzərə alınmaqla qlobal standartlar əsasında bərpaya inteqrasiya edilmiş yanaşmanın nümunəsi olmaq potensialına malikdir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Cenevrə Universitetinin dosenti Aleksandr Xecazi Bakıda WUF13 çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusunda keçirilən tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, münaqişədən sonra ərazilərin bərpası müasir dayanıqlı inkişaf standartlarının tətbiqi üçün unikal imkan pəncərəsidir.
"Yenidənqurma dayanıqlı prinsipləri sonradan əlavə etmək əvəzinə, onları elə başlanğıcdan formalaşdırmaq üçün nadir imkan yaradır", - o bildirib.
Xecazi qeyd edib ki, beynəlxalq təcrübə keçmiş bərpa proseslərinin səhvlərini, o cümlədən yerli icmaların prosesə kifayət qədər cəlb edilməməsini nəzərə almağın vacibliyini göstərir.
O vurğulayıb ki, əhalini ərazilərin idarə olunmasına və inkişafına cəlb etmədən uzunmüddətli dayanıqlılıq qeyri-mümkündür.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır













