"Real"ın və "Beşiktaş"ın sabiq futbolçusu Argentina klubunu çalışdıra bilər
Far.Az xəbər saytı

"Real"ın və "Beşiktaş"ın sabiq futbolçusu Argentina klubunu çalışdıra bilər


İspaniyanın "Real" (Madrid) və Türkiyənin "Beşiktaş" klubunun sabiq futbolçusu Quti Argentina komandasını çalışdıra bilər.

"Far.Az" "Fichajes"ə istinadən xəbər verir ki, 47 yaşlı sabiq yarımmüdafiəçi ölkəsinin "San Lorenzo" klubu ilə anlaşmağa yaxındır.

O, ilk və son dəfə baş məşqçi kimi İspaniyanın "Almeriya" kollektivini çalışdırıb.

Qeyd edək ki, Quti 1995-2010-cu illərdə "Real"da, 2010/2011 mövsümündə isə "Beşiktaş"da çıxış edib.

Oxşar xəbərlər

"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tanınmış baş məşqçi İngiltərə millisini çalışdıra bilər
"Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər