Muxtar Babayev: "2050-ci ilədək şəhərlərdə əlavə 2.5 milyard insanın yaşayacağı gözlənilir"
Far.Az xəbər saytı

Muxtar Babayev: "2050-ci ilədək şəhərlərdə əlavə 2.5 milyard insanın yaşayacağı gözlənilir"


"WUF13 Azərbaycanın dayanıqlı urbanizasiya, ekoloji məsuliyyət və iqlim dayanıqlılığı istiqamətində prioritetlərini nümayiş etdirir".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən "Azərbaycanın İlk Milli Dayanıqlılıq Standartının Hazırlanması: Dayanıqlı Təcrübələr Standartı (SPS)" adlı tədbirdə videoçıxışında deyib.

O bildirib ki, forumun təşkili dayanıqlılıq prinsiplərinin şəhər idarəçiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş müvafiq standartlara inteqrasiyasını daha da təşviq edib:

"Bu fəaliyyətlər ölkə rəhbərliyinin dayanıqlı inkişaf, ətraf mühitin qorunması, yaşıl artım, eləcə də daha inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində müəyyən etdiyi strateji baxışa uyğun şəkildə həyata keçirilir. Bakıda COP29-un uğurla keçirilməsi Azərbaycanın qlobal iqlim fəaliyyətində və beynəlxalq əməkdaşlıqda rolunu daha da gücləndirib. COP29 çərçivəsində aparılan müzakirələr inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsi, dayanıqlılıq siyasətləri və daha güclü beynəlxalq tərəfdaşlıqların əhəmiyyətini bir daha ön plana çıxardı. Hesab edirəm ki, daha güclü dayanıqlılıq standartları bu keçid prosesini dəstəkləyə bilər. Bu, daha dayanıqlı infrastrukturun qurulmasına, resurslardan səmərəli istifadəyə, dairəvi iqtisadiyyatın inkişafına, daha dayanıqlı şəhər planlaşdırılmasına, həmçinin daha məsuliyyətli istehsal və istehlak modellərinin formalaşmasına töhfə verəcək".

M.Babayev vurğulayıb ki, ən vacibi isə dayanıqlılıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi sabitlik və insanların rifahı məsələsi kimi qiymətləndirilməlidir:

"Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2050-ci ilədək şəhər ərazilərində əlavə 2.5 milyard insanın yaşayacağı gözlənilir və bu artımın təxminən 90 faizi Asiya və Afrikada baş verəcək. Bu isə bugünkü müzakirələri yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün də xüsusi əhəmiyyətli edir".

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər