Səudiyyə rəsmisi: Biz artıq 1000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq
"Biz artıq 1 000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq".
Far.Az apa-ya istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş" sessiyasında Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd deyib.
"Son 3-4 gündə Bakıda keçirilən müzakirələr göstərdi ki, hamımız eyni dildə danışırıq. Mənzil siyasəti torpaqdan başlayır, sonra infrastruktur, layihələr, tikinti şirkətləri, benefisiarlar və həyat keyfiyyətini artıran xidmətlərlə davam edən bütöv bir dəyər zənciridir", - deyə o bildirib.
Əli Əl-Əhməd qeyd edib ki, Səudiyyə Ərəbistanı mənzil problemlərini tələb və təklif istiqamətləri üzrə təsnifləşdirir.
Onun sözlərinə görə, aylıq gəliri 4 min riyal və ya təxminən 1 000 dollar olan vətəndaşlar güzəştli mənzil proqramlarına uyğun hesab olunur: "Hökumət yerli banklarla birlikdə bu şəxslər üçün subsidiyalı kredit paketləri təqdim edir".
Səudiyyəli rəsmi bildirib ki, hazırda ölkədə 13-dən çox bank güzəştli daşınmaz əmlak kreditləri verir və son 5 ildə bu kreditlərin həcmi 400 milyard riyaldan təxminən 1 trilyon riyala yüksəlib.
O qeyd edib ki, hökumət ya kredit faizlərini subsidiyalaşdırır, ya da mənzil alan şəxslərə geri qaytarılmayan 100-150 min riyal həcmində dəstək təqdim edir.
Əli Əl-Əhməd vurğulayıb ki, gəliri olmayan vətəndaşlar üçün ayrıca "İnkişaf Mənzili" proqramı fəaliyyət göstərir və hazırda 200 mindən çox ailə bu proqramdan yararlanır: "Bu mənzillərin 109 mini birbaşa nazirlik tərəfindən tikilib, qalanları isə özəl sektordan alınıb".
O əlavə edib ki, mənzil qiymətlərini azaltmaq üçün "SupplyPro" adlı mərkəzləşdirilmiş satınalma platforması yaradılıb: "Biz istehsalçılarla artıq 1 000 ev üçün deyil, 1 milyon ev üçün danışıqlar aparırıq. Məqsəd ən yaxşı qiyməti əldə etmək, təchizat zəncirini qorumaq və bunun nəticəsində mənzilin son qiymətini aşağı salmaqdır".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs
-
Anar Quliyev: "Baku Urban Award" dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













