AAYDA: Şəhərlərin rəqabət qabiliyyəti tikinti həcmləri ilə ölçülmür
Far.Az xəbər saytı

AAYDA: Şəhərlərin rəqabət qabiliyyəti tikinti həcmləri ilə ölçülmür


Bu gün şəhərlərin rəqabət qabiliyyəti artıq yalnız iqtisadi göstəricilər və yaxud tikinti həcmləri ilə ölçülmür.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Cəfərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İnkişafın yeni əsri" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, insanların nə dərəcədə səmərəli hərəkət etməsindən, şəhər sistemlərinin nə dərəcədə əlçatan olmasından və sürətli artım təzyiqi altında şəhərlərin nə qədər dayanıqlı qalmasından asılıdır: "Bir çox cəhətdən Bakı bu gün eyni vaxtda bir neçə transformasiya yaşayır. Sovet şəhərsalma irsi ilə formalaşmış bir şəhərdən müasir, çoxmərkəzli bir meqapolisə çevrilir. Həddindən artıq cəmlənmiş şəhər strukturundan daha balanslı metropoliten ekosisteminə keçir. Əsasən böyük istehsal zonaları və monofunksional rayonlarla müəyyən edilən sənaye şəhərindən hərəkətlilik, xidmətlər, texnologiya və dəyişən həyat tərzi ilə formalaşan daha çevik postsənaye şəhər mühitinə çevrilir".

"Bu gün şəhərsalmanın ən çətin tərəfi odur ki, şəhərlər ənənəvi planlaşdırma modellərinin özündən daha sürətlə dəyişir. Şəhərsalma mütəxəssisləri də bəzən şəhərləri cəmiyyətin köhnə modellərinə hazırlamaq riski ilə üzləşirlər. Lakin müasir şəhərlər statik fərziyyələr üçün çox sürətlə inkişaf edir. İnsanların 20 ildən sonra necə yaşayacağını, işləyəcəyini və hərəkət edəcəyini proqnozlaşdırmaq asan deyil", - deyə F.Cəfərov əlavə edib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər