Prezidentin köməkçisi: Azərbaycan ABŞ ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb
Far.Az xəbər saytı

Prezidentin köməkçisi: Azərbaycan ABŞ ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb


Azərbaycanda ABŞ-nin gələcəkdəki administrasiyalarının Bakı ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edəcəyinə əminlik ifadə olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA-2026 Regional Forumunda bildirib.

Onun sözlərinə görə, son iki il ərzində Azərbaycan ABŞ və Çin daxil olmaqla dünyanın aparıcı dövlətləri, eləcə Avropa İttifaqı ilə möhkəm strateji tərəfdaşlıq münasibətləri qurmağa nail olub.

"Çinə gəldikdə, regional səviyyədə hərtərəfli strateji tərəfdaşlıq qurmuşuq və onun praktiki cəhətdən həyata keçirilməsi üzərində işləyirik. İkinci istiqamət ABŞ və Azərbaycandır. Vaşinqton sammiti (8 avqust 2025-ci il - red.) təkcə Ermənistan-Azərbaycan sülh gündəliyinə həsr olunmamışdı. Biz ABŞ və Azərbaycan arasındakı münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə çıxarmaq üçün bu fürsətdən istifadə etdik", - Hacıyev qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, ABŞ-nin əvvəlki administrasiyaları dövründə Azərbaycan müəyyən çətinliklərlə üzləşirdi, Cənubi Qafqaz və Xəzər regionuna isə kifayət qədər diqqət yetirilmirdi.

"Buna görə də biz ABŞ-ni, fikrimizcə, onun əhəmiyyətinə uyğun olan rol və yanaşma ilə regiona qaytarmaq istəyirdik", - o əlavə edib.

Hacıyev vurğulayıb ki, Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyi və sülh sazişi bütün region üçün strateji əhəmiyyət kəsb edir:

"Biz əminik ki, gələcəkdəki administrasiyalar bu münasibətləri inkişaf etdirməyə davam edəcəklər, ABŞ tərəfi isə bundan sonra da sülh gündəliyinə diqqət ayırmağa və onun vasitəsilə regionla qarşılıqlı əlaqədə olmağa davam edəcək".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər