"Mingəçevir Reqatası-2026": Azərbaycan idmançıları daha üç medal qazanıblar - YENİLƏNİB-3
Far.Az xəbər saytı

"Mingəçevir Reqatası-2026": Azərbaycan idmançıları daha üç medal qazanıblar - YENİLƏNİB-3


"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan idmançıları daha üç medal qazanıblar.

"Far.Az"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, 2008-2009 təvəllüdlülərin yarışında 500 metr məsafəyə 1 nəfərlik kayakda Əlimurad Hacızadə birinci olub.

Qiyas Əhmədov ikinci, Tengiz Qaqnidze isə üçüncü yeri tutub.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan idmançıları növbəti medallarını qazanıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, 2008-2009 təvəllüdlü idmançıların akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıqda yürüşündə Azər İlyasov - Isabala Dadaşzadə cütlüyü gümüş medala yiyələnib.

Tunar Məmmədzadə - İsmayıl Şirinov cütlüyü isə bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan idmançıları daha iki medal qazanıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, Hüseyn Səmədli (2008-2009 təvəllüdlü) 1 nəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda bürünc medal qazanıb.

1 nəfərlik kayak qayığında isə Mustafa Vəlizadə (2010-2011) 500 metr məsafəyə yarışda çempion olub.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan növbəti medallarını qazanıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, 2010-2011 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Nizami Kərimov - Maqsud Mantayev cütlüyü üçüncü olub.

2008-2009 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Qiyas Əhmədov - Tengiz Qaqnidze cütlüyü çempion olub. Sabir Ağayev - Mikayıl Vəliyev dueti isə bürünc medal əldə edib.

Xatırladaq ki, Azərbaycan idmançıları yarışın Füzuli və Mingəçevirdə baş tutan ilk iki günündə ümumilikdə 11 medal qazanmışdılar.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar - YENİLƏNİB-2
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər