Yalçın Rəfiyev: "Azərbaycan üçün əsas çətinliklərdən biri mina problemi ilə bağlıdır"
Far.Az xəbər saytı

Yalçın Rəfiyev: "Azərbaycan üçün əsas çətinliklərdən biri mina problemi ilə bağlıdır"


"Yenidənqurma prosesinə başlanması üçün əsas şərtlər maliyyə resurslarının mövcudluğu, sülh və sabitlik mühitinin təmin olunmasıdır".

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan üçün əsas çətinliklərdən biri mina problemi ilə bağlıdır:

"Maliyyə imkanları və sülh şəraiti mövcud olsa belə, bərpa işlərinə mane olan ciddi amildir. BMT qərarlarında da təsbit olunmuş bir faktdır ki, bu, humanitar məsələdir. İnsanların bu problemlə üzləşməməsi üçün beynəlxalq ictimaiyyət birlikdə onun qarşısının alınmasına kömək etməlidir".

Y.Rəfiyev qeyd edib ki, Azərbaycan həm COP29, həm də WUF13 kimi mühüm qlobal tədbirlərə ev sahibliyi etməklə bu sahələr arasında körpü rolunu oynayır:

"Ölkə çoxşaxəli diplomatiya çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir. Hər iki qlobal tədbirin irsinin qorunması və gələcək inkişaf üçün istifadə olunması istiqamətində fəaliyyətlər davam etdiriləcək".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər