AZAL təyyarəsinin qəzasında həlak olanların yaxınları sığorta ödənişləri alacaqlar - Qazaxıstanlı nazir
"2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədə həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvləri və qanuni vərəsələri müəyyən edilmiş sığorta təzminatlarını alacaqlar".
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə məbləğin bir qismi artıq təqdim edilib.
"Mən bu məsələni araşdırdım, həlak olan altı (Qazaxıstan vətəndaşı) nəfərdən bəzilərinin vərəsələri və ya birbaşa qohumları - onlar artıq bütün ödənişləri alıblar. Təəssüf ki, bəzi hallarda məsələ məhkəmədədir, çünki kimin ödəniş almalı olduğu barədə öz aralarında mübahisə edirlər. Lakin ödənişi həyata keçirməli olan tərəflər əsasən həm Azərbaycan, həm də Rusiya sığorta şirkətləridir. Və onlar ödəniş etməyə hazırdırlar, belə bir qərar olduqda, düşünürəm ki, yaxın vaxtlarda vətəndaşlığından asılı olmayaraq bütün sərnişinlər kimi onlar da eyni təzminatı alacaqlar", - deyə o, Rusiya və Azərbaycan XİN-lərinin kompensasiya məsələlərinin tənzimlənməsi ilə bağlı birgə bəyanatını şərh edərkən qeyd edib. oxu.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
-
İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb













