Komitə rəsmisi: "Kəlbəcərdə Alp üslubu tətbiq edilib"
Far.Az xəbər saytı

Komitə rəsmisi: "Kəlbəcərdə Alp üslubu tətbiq edilib"


"Biz tamamilə dağıdılmış ərazilərin planlaşdırılması ilə məşğul olurduq. Qarşımızda duran əsas vəzifə şəhərləri düzgün planlaşdırmaq idi. Bu yanaşma digər yaşayış məntəqələrinə də aiddir.

Planlaşdırma ilə yanaşı, həmin ərazilərin və şəhərlərin inkişaf vizyonunu müəyyənləşdirmək, həmçinin onların üslubunu formalaşdırmaq lazım idi. Çünki əksər şəhərlərdə demək olar ki, heç nə qalmamışdı və ya qalan tikililər çox bərbad vəziyyətdə idi. Buna görə də hər şeyi sıfırdan hazırlamalı və şəhərlər üçün üslub, standart müəyyən etməli idik".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan Azad Olunmuş Ərazilərdə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan sessiyada deyib.

O bildirib ki, hər şəhərdə ilk layihələr dövlət tərəfindən həyata keçirilsə də, bu, bütün tikintilərin hökumət tərəfindən aparılacağı anlamına gəlmir:

"Əlbəttə, özəl sektor və kommersiya qurumları da artıq bu prosesə qoşulublar və gələcəkdə daha geniş şəkildə iştirak edəcəklər. Buna görə də şəhərin imicinin düzgün formalaşdırılması çox vacibdir.

Biz Şərqi Zəngəzur bölgəsinin üç şəhərində - Zəngilan, Qubadlı və Kəlbəcərdə də məhz buna xüsusi diqqət yetirdik. Hər üç şəhərin üslubu bir-birindən fərqlidir, lakin bütün hallarda onlar şəhərlərin obrazına uyğun gəlir".

O qeyd edib ki, Kəlbəcərdə Alp üslubu tətbiq edilib:

"Əlbəttə, sovet dövründəki Kəlbəcərdə belə bir üslub yox idi. Lakin bu gün görürük ki, bu üslub şəhərin ümumi obrazına çox uyğun gəlir. Ətrafdakı dağlar, landşaft bunu tamamlayır.

Zəngilandan danışsaq, yaxın zamanda ilk yaşayış məhəlləsi öz sakinlərini qəbul edib. Orada məktəb binasının özü çox unikal formaya malikdir. Hətta Bakıda belə bu cür maraqlı formalı məktəb yoxdur. Yeri gəlmişkən, Kəlbəcərdəki məktəb də eyni şəkildə diqqətçəkəndir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər