Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub
Zəngilanda Azərbaycan kontekstində sərfəli sıra evlər konseptində yeni prototip təqdim edilib.
"Far.Az" xəbər verir ki, barədə Şəhər dizaynı və planlaması üzrə ixtisaslaşmış "SA-Partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi və SCUPA ilə birlikdə məktəb binaları üçün yeni prototip təqdim edilib: "Bu məktəb binası, ilk növbədə, böyüməyə uyğunlaşa bilir və ikincisi, uşaqlar üçün çox yaxşı təlim mühitini təşviq edir. Təkcə fərdi öyrənmə zonaları ilə deyil, həm də forması ilə cəlb edir. Forma uşaqları qaçmağa və hərəkət etməyə dəvət edir və biz aşkar etdik ki, hərəkət və idman uşaqların yaxşı inkişafının və intellektin formalaşmasının əsasını təşkil edir. Bu, Zəngilanda təqdim etdiyimiz və Kəlbəcərdə dağlıq əraziyə bir qədər fərqli formada uyğunlaşdırdığımız bir prototipdir".
O bildirib ki, şəhərlər insanlar üçün olduğu üçün icma və icma mərkəzlərinin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir: "Bizə 2023-cü ildə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçirildiyi Zəngilan Konqres Mərkəzinin tikilməsi tapşırılıb. Bu Konqres Mərkəzi sadəcə konqres mərkəzi deyil, o, Zəngilan sakinləri üçün icma mərkəzidir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













