Ukrayna Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə hazırlaşır
Ukrayna elm və təhsil nazirinin müavini Nikolay Trofimenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etməyi planlaşdırır.
"Report" Ukrayna Təhsil və Elm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu səfərə hazırlıq nazir Andrey Butenkonun Azərbaycanın Ukraynada səfiri Seymur Mardaliyevlə görüşü zamanı müzakirə olunub.
"Təklif olunan proqram təhsil sənədlərinin tanınması üzrə işçi qrupunun iclasını, profil nazirliyinin rəhbərliyi və universitetlərin rektorları ilə görüşləri nəzərdə tutur. Səfər birgə qərarların hazırlanmasına və hər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa tərəfdaşlıqların inkişafına kömək etməlidir. Həmçinin bu ilin sonunadək Ukrayna və Azərbaycan təhsil nazirlərinin görüşünün təşkili imkanından danışıldı", – məlumatda deyilir.
Ukrayna Təhsil Nazirliyinin məlumatına görə, 2026-cı ilin əvvəlinə Ukraynada 5,4 mindən çox Azərbaycan vətəndaşı təhsil alırdı ki, bu da bütün xarici tələbələrin təxminən üçdə birini təşkil edir.
"Ukrayna tərəfi bu əməkdaşlığın qorunmasında və təhsil almaq üçün lazımi şəraitin yaradılmasında maraqlılığını təsdiqləyib", – nazirliyin məlumatında deyilir.
Görüş zamanı tərəflər Azərbaycanda Ukrayna ali təhsil müəssisələrinin diplomlarının tanınmasına ayrıca diqqət yetiriblər. Ukrayna tərəfi müvafiq məsələlərin profil işçi qrupu çərçivəsində ətraflı işlənməsini təklif edib.
Həmçinin görüşdə Azərbaycan tələbələrinin Ukraynada təhsil almaq üçün qəbul və gəliş prosesinin sənədləşdirilməsi məsələsi qaldırılıb.
Tərəflər eyni zamanda iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 14-cü iclasına hazırlığı müzakirə ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Xankəndi bayrama hazırlaşır
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













