Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!"
Far.Az xəbər saytı

Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!"


Amil Mustafayev üçün Vətənin müdafiəsi həyatının müxtəlif mərhələlərində keçdiyi döyüş yolları ilə bağlıdır.

O, Aprel döyüşlərində iştirak etməklə başlayan hərbi yolunu sonrakı illərdə də davam etdirib. Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qazandığı təcrübə onun həyatında xüsusi iz buraxıb.

Far.Az Baku TV-ə istinadla xəbər verir ki, 2020-ci ildə başlayan Vətən müharibəsi isə Amil Mustafayevin döyüş yolunun ən mühüm mərhələlərindən biri olub. O, Murovdağ, Cəbrayıl, Xocavənd və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Əks-hücum əməliyyatlarının iştirakçısı olan Amil Mustafayev torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşüb.

O, döyüş anları barədə Baku TV-yə danışıb.

"Murovdağ istiqamətində müəyyən yüksəklikləri nəzarətə götürdükdən sonra düşmən əsas qüvvələrini həmin tərəfə cəmləşdirdi. Biz isə "Aypara" taktikasından istifadə edərək Füzuli-Cəbrayıl istiqamətinə yönəldik.

Cəbrayıl azad olunan kimi atama zəng edib "ata, Cəbrayıl azad olundu və bunda sənin oğlunun da payı var" dedim", - A.Mustafayev bildirib.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər