"Qarabağ" Elvin üçün "Neftçi"dən daha çox pul istədi
İntizamsız davranışlarına görə "Qarabağ"ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə təklif var.
BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, Macarıstanın "Ferentsvaroş" klubu müdafiəçini israrla heyətinə qatmaq niyyətindədir. Onlar bir neçə dəfə "Qarabağ"a təklif göndərib. Ağdam klubu Elvinin transferi üçün 1,5 milyon avro transfer məbləği istəyir.
Bununla yanaşı Türkiyənin "Amed" klubu da Azərbaycan yığmasının üzvü ilə maraqlanıb. Superliqaya yeni vəsiqə qazanan komanda transfer məbləğini ödəməyə də hazırdır. Lakin burda məsələ odur ki, Elvin xarici klublardan ilinə 1 milyon avro maaş istəyib. O, meneceri vasitəsilə hər iki kluba yalnız bu şərtlər altında keçəcəyini deyib.
Cəfərquliyevin "Neftçi"yə keçidi də gündəmdə olub. Lakin buna da "Qarabağ" maneə törədib. Ağdam klubu xarici klublardan fərqli "Neftçi"dən daha çox transfer məbləği istəyib. Bakılılar isə razılaşmayıb və keçid baş tutmayıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev hazırda "Qarabağ"ın əvəzedici heyətində çıxış edir. O, ötən gün "Kəpəz"ə qarşı keçirilən oyunda da meydanda olub. Lakin ikinci hissənin ortalarında futbolçu zədələnərək əvəzlənib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













