Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur
Azərbaycan şəhərlərində yeni "yaşıl dəhlizlər"in yaradılması nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
"Biz deyirik ki, şəhərləri hamı üçün qururuq. Əgər məqsəd həqiqətən hamı üçün şəhər yaratmaqdırsa, o zaman gələcəyin baş planlarını yalnız bir peşə qrupu, yaxud bir qurum hazırlaya bilməz. Şəhərsalma olduqca mürəkkəb sistemdir, gələcəyin planlaşdırılması prosesində urbanistlər, memarlar, psixoloqlar, nəqliyyat mütəxəssisləri, ictimai səhiyyə ekspertləri və digər sahələrdən olan tədqiqatçılar birlikdə çalışmalıdırlar. Çünki şəhərsalmanın mühüm hissələrindən biri zonalaşdırma planıdır və bu, təkcə kağız üzərində hazırlanan sxemlərlə məhdudlaşmamalıdır.
Biz hər bir şəhər üçün ideal zonalaşdırma planı hazırlaya bilərik, lakin həmin plan insan davranışı və gündəlik istifadə vərdişləri nəzərə alınmadan effektiv olmayacaq. Məsələn, şəhərdə rahat və təhlükəsiz piyada yolları yoxdursa, insanlar həmin məkanlardan istifadə etməyəcəklər. Yaşıl dəhlizlər yoxdursa, daha yaşıl və yaşana bilən şəhərlər yaratmaq mümkün olmayacaq", - deyə o qeyd edib.
Mütəxəssis Azərbaycandan nümunə gətirib: "Hazırda ölkənin ikinci ən böyük şəhəri əhali sayına görə Sumqayıt olsa da, 20 illik baş plana əsasən Gəncənin ikinci böyük şəhərə çevrilməsi nəzərdə tutulur. Gəncədə 200 hektarlıq böyük park mövcuddur. Lakin park şəhər mərkəzindən uzaqda yerləşdiyi və ora aparan yaşıl dəhlizlər olmadığı üçün sakinlər ondan aktiv istifadə etmirlər. İnsanlar adətən evinə yaxın, rahat çıxışı olan ictimai məkanlara üstünlük verirlər. Məhz buna görə yeni baş planda xüsusi yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. İnsan psixologiyası göstərir ki, əgər şəhərdə piyada üçün əlverişli küçələr və yaşıl keçidlər formalaşdırılarsa, sakinlər park və ictimai məkanlardan daha çox istifadə edəcəklər.
Bu yanaşma vasitəsilə şəhər planlarına psixoloji və sosial elementlər daxil etmək mümkündür. Nəticədə isə daha dayanıqlı, çevik və insan yönümlü şəhərlər formalaşır. Bu səbəbdən düşünürəm ki, gələcəyin şəhərsalma planlarında psixologiya, sosiologiya, ictimai səhiyyə və nəqliyyat sahələrinin ekspertləri planlaşdırma prosesinə daha fəal şəkildə cəlb edilməlidirlər".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













