Aytən Hüseynli: Kiçik yaşayış məntəqələrinin sakinləri sosial məkan çatışmazlığından şikayətçidir
Far.Az xəbər saytı

Aytən Hüseynli: Kiçik yaşayış məntəqələrinin sakinləri sosial məkan çatışmazlığından şikayətçidir


Bakıdan kənarda yerləşən kiçik yaşayış məntəqələrində keçirilən sorğunun nəticəsinə görə, ictimai məkanlara tələbat böyükdür

"Far.Az" xəbər verir ki, bunu "Placemaking Azerbaijan" təşəbbüsünün təsisçisi Aytən Hüseynli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Playmaking Azerbaijan" xüsusilə Bakı ətrafındakı kiçik yaşayış məntəqələrində inklüziv, uşaqdostu və ümumilikdə insan mərkəzli ictimai məkanlara fokuslanan qeyri-rəsmi bir şəbəkədir:

"Biz uşaqdostu şəhərlərdən danışarkən yalnız oyun meydançalarını nəzərdə tutmuruq. Biz uşağın şəhərdə təhlükəsizlik, hərəkət azadlığı və aidiyyət hissi ilə bağlı ilk təcrübəsindən danışırıq. Əgər uşaqlar park edilmiş avtomobillərlə dolu, dar küçələr, məhdud yaşıllıq və əlçatan ictimai məkanların az olduğu mühitdə böyüyürlərsə, onların açıq havadakı həyatı binalar arasındakı kiçik boş sahələrlə məhdudlaşır. Bu isə yalnız fiziki aktivliyə deyil, sosial ünsiyyətə, müstəqilliyə və məhəllə ilə emosional bağlılığa da təsir edir".

A.Hüseynli qeyd edib ki, "Playmaking Azerbaijan" çərçivəsində Bakıdan kənarda yerləşən kiçik yaşayış məntəqəsində 55 sakin arasında icma sorğusu iştirakçıların hamısı məhəllələrində daha çox sosial və ictimai məkana ehtiyac olduğunu bildirib:

"85 % isə belə məkanların çatışmadığını qeyd etdi. Bu nəticə insanların açıq hava sosial həyatına olan ehtiyacı ilə mövcud şəhər mühiti arasındakı görünən boşluğu ortaya qoyur. İctimai məkan sadəcə memarlıq məsələsi deyil. Bu, birbaşa gündəlik həyata, xüsusilə də uşaqların və ailələrin həyatına təsir edir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər