Ukraynada əlçatan mənzil strategiyaları hazırlanır
Ukraynada əlçatan mənzil strategiyaları hazırlanır.
"Far.Az" xəbər verir ki, bunu Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Ukraynada şəhər dayanıqlılığının, infrastruktur və mənzil sahələrinin gücləndirilməsi üzrə milli müşaviri Mariya Kostenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Ukraynada bələdiyyə mənzil strategiyalarının hazırlanması istiqamətində iş aparılır: "Layihələr Jitomir, Kremençuk, Poltava, Nikolayev, Belaya Tserkov (Kiyev ətrafı) və Kaluş daxil olmaqla səkkiz pilot şəhəri əhatə edir. Biz əlçatan mənzil imkanları yaradan bələdiyyə strategiyaları və əməliyyat modelləri hazırlayırıq".
O əlavə edib ki, Ukraynada şəhər kadastrının rəqəmsallaşdırılması istiqamətində layihələr həyata keçirilir: "Xüsusilə Xarkov şəhəri ilə bu sahədə əməkdaşlıq aparılır. Milli və yerli səviyyədə sistemli məlumat toplama mexanizmlərinin yaradılmasına ehtiyac var. Rəqəmsal alətlər, şəhər kadastrı və risk qiymətləndirmə sistemləri dayanıqlı şəhər inkişafı üçün vacibdir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ













