Muxtar Babayev: "Təxminən 7 milyon inasan hər il hava çirklənməsi səbəbindən ölür"
Far.Az xəbər saytı

Muxtar Babayev: "Təxminən 7 milyon inasan hər il hava çirklənməsi səbəbindən ölür"


"Hava çirklənməsi hər il trilyonlarla dollar iqtisadi itkiyə səbəb olur".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Mənzil sektoruna qlobal investisiyanın yenidən düşünülməsi: dayanıqlılıq və inklüziv şəhər gələcəyinin maliyyələşdirilməsi" mövzusunda sessiyada Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, təxminən 7 milyon insan hər il hava çirklənməsi səbəbindən ölür:

"Dünya əhalisinin 55 faizindən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu rəqəmin 70 faizə çatacağı gözlənilir.

Şəhərlər qlobal emissiyaların 70 faizindən çoxunu yaradır və enerji istehlakının əsas hissəsini təşkil edir. Binalar qlobal enerji istehlakının 30 faizini, emissiyaların isə 25 faizini təşkil edir, soyutma sistemləri isə elektrik enerjisinin təxminən 20 faizini istifadə edir.

"UN-Habitat"a görə, şəhərlərdə yaşıllıqların azalması və artan urbanizasiya fonunda 2030-cu ilə qədər milyardlarla insanın mənzilə çıxışı çətinləşə bilər. Soyutma sistemləri (kondisioner və digər avadanlıqlar) hazırda binalarda istifadə olunan elektrik enerjisinin təxminən 20 faizini təşkil edir. Ümumilikdə isə binalar qlobal enerji istehlakının 30 faizinə, enerji ilə bağlı emissiyaların isə təxminən 25 faizinə cavabdehdir".

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər