WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib
Far.Az xəbər saytı

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, mərasimdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini Amina Muhammed, digər yerli və xarici rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən BMT Baş katibinin müavini Amina Muhammed WUF13-ün rəsmi bağlanış mərasimində deyib ki, Azərbaycanın müxtəlif bölgələrində yenidənqurma, inkişaf, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası proseslərinin şahidi oluruq. Ərazilər mədəni canlılığın, sosial həmrəyliyin və iqtisadi inkişafın mühərrikinə çevrilir:

"Dünyanın fasiləsiz məskunlaşmış ən qədim şəhərlərindən biri olan Ağdamda isə biz həm yenilənməni, həm də dözümlülüyü gördük".

O, həmçinin yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirib.

Bundan başqa, WUF13-ün Milli Koordinatoru Anar Quliyev isə çıxışında forumun nəticələrindən danışıb.

A.Quliyeb əlavə edib ki, forum çərçivəsində dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar, qiymətləndirmələr və paralel tədbirlər daxil olmaqla 400-dən çox tədbir təşkil edilib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib ki, Bakı tədbirə yüksək səviyyədə ev sahibliyi etdi.

Daha sonra digər qonaq və rəsmi şəxslər çıxış ediblər.

Bağlanış mərasimi daha sonra bədii hissə ilə yekunlaşıb.

***15:13

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, tədbirə media nümayəndələri, dövlət və hökumət rəsmiləri, konfrans iştirakçıları qatılıblar.

Xatırladaq ki, WUF13 mayın17–22-də Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiridir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.

***14:11

Ümumdünya Şəhərsalma Forumunun rəsmi bağlanış mərasimindən əvvəl mətbuat konfransı keçirilib.

BAKU.WS xəbər verir ki, konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini xanım Amina Muhammed, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış ediblər.

Qonaqlar forumun nəticələrindən bəhs edib, həmçinin jurnalistlərin suallarını cavablandırıblar.

***13:16

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi bağlanış mərasimindan əvvəl mətbuat konfransı keçirilir.

BAKU.WS xəbər verir ki, konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini Amina Muhammed, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edəcək.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər