"Axios": Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp bir neçə Yaxın Şərq ölkəsi və Pakistanın liderləri ilə telefon danışığında onları Vaşinqton və Tehran arasında sülh sazişi əldə olunacağı təqdirdə İsraillə münasibətlərin normallaşdırılmasına dair "İbrahim sazişləri"nə qoşulmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Axios" ABŞ-nin iki rəsmisinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, 23 mayda Tramp Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışıqları aparıb.
Amerika lideri söhbət zamanı İranla bağlı münaqişə həll edildikdən sonra hələ "İbrahim sazişləri"nə qoşulmayan və ya İsraillə sülh müqaviləsi olmayan ölkələrin Təl-Əvivlə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.
"Axios" qeyd edib ki, Qətər, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri İsraillə diplomatik münasibətləri dəstəkləmədikləri üçün təklifdən təəccübləniblər.
"Telefonda sükut hökm sürürdü və Tramp zarafatla hamının hələ də telefonda olub-olmadığını soruşdu", - portalın mənbələrindən biri bildirib.
Məlumata görə, Tramp həmçinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin yaxın həftələrdə münasibətlərin mümkün normallaşdırılması məsələsini müzakirə edəcəklərini açıqlayıb.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir - RƏY
-
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub













