Alesiya Hill: "Mənzil əlçatanlığı problemi ənənəvi maliyyələşdirmə ilə həll olunmur"
Far.Az xəbər saytı

Alesiya Hill: "Mənzil əlçatanlığı problemi ənənəvi maliyyələşdirmə ilə həll olunmur"


Gəlir səviyyəsi aşağı düşdükcə, mənzil problemini ənənəvi maliyyələşdirmə ilə həll etmək çətinləşir.

"Far.Az" xəbər verir ki, bunu "Federal Capital Partners" şirkətinin İnvestisiyalar, Mənzil Təminatı və Mühafizə üzrə vitse-prezidenti Alesiya Hill Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Dəyirimi Masasında deyib.

A. Hill mənzil əlçatanlığının sosial və iqtisadi təsirlərini vurğulayıb: "Bizim üçün mənzil əlçatanlığı probleminin həlli sadəcə uğurlu bir biznesdir. Biz tam şəkildə dərk edirik ki, mənzil əlçatanlığının və imkanlarının olmaması icmalarımızdakı vətəndaşlar üzərinə getdikcə daha çox iqtisadi gərginlik və yük salır. Bu isə onların cəmiyyətdə iştirakına və imkanlara çıxış əldə etməsinə dolayı yolla mənfi təsir göstərir. Gəlir əyrisində aşağı düşdükcə, bu problemi yalnız ənənəvi maliyyələşdirmə və ya yalnız ənənəvi kapital investisiyası ilə həll etmək həddindən artıq çətindir. Buna görə də biz müəyyən alətlərdən, məsələn, azgəlirli mənzil vergi kreditindən və dövlət-özəl tərəfdaşlığı vasitəsilə digər həll yollarından yararlana bilmişik. Biz bu işlərin yerli səviyyədə, hətta qraflıq və icma səviyyəsinə qədər enərək edildiyini görürük".

Şirkət rəsmisi investisiya prosesində risklərin qiymətləndirilməsi çərçivəsini də qeyd edib :"Riski müəyyən edə bilirsinizsə, onu ölçə və qiymətləndirə bilərsiniz, bir şərtlə ki, tam arxayın ola biləcəyiniz formalaşmış bir struktur mövcud olsun. Biz bütün ABŞ miqyasında investisiya yatırırıq və bəzi ərazilərdə iqlim riski ciddi narahatlıq doğursa da, investisiya prosesimiz bu risklərin qiymətləndirilməsini və mövcud strukturlara etibar edilməsini tələb edir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər